Sxinvalinin sözdə prezidenti Anatoli Bibilov Vaja Qaprindaşvili haqqında
Sxinvalinin sözdə prezidenti Anatoli Bibilov Vaja Qaprindaşvili haqqında

İşğal altında olan Sxinvalinin qondarma prezidenti Anatoli Bibilov bəyan edir ki, həkim Vaja Qaprindaşvili üçün bir il və doqquz aylıq cəza müddəti adekvat bir cəza tədbiridir.

“Qanunu pozan insan cavabını da verməlidir. Xüsusi ilə də bunu qəsdlə etdiyi təqdirdə, cəzasız qalmamalıdır. Qaprindaşvili dövlət sərhədimizi bilərək, qəsdlə pozdu” – dedi Bibilov.

Cənubi Osetiyanın qondarma prezidenti bəyan etdi ki, o kimsənin təsiri altına düşməyəcək və Vaja Qaprindaşvili üçün əfv qərarı verilməyəcək.

Bibilovun dediyinə görə, Tsnelisinin yanında polis postu ləğv edilməlidir, oradaki gərgin vəziyyət düzəlməlidir və ancaq ondan sonra “Gürcüstan istədiyini alacaq”.

İşğal altında olan Sxinvalinin sözdə Xarici İşlər Nazirliyi Vaja Qaprindaşvilinin həbs edilməsi ilə bağlı öz versiyasını yayır. Bəyanatda deyilir ki, həkim provokasiyayı qəsdlə etdi.

“İnandığımız tək versiya Qaprindaşvilinin sərhədi provokasiya məqsədi ilə keçməsidir. Gürcüstanın güc strukturları, həkimin ailə üzvləri və məsləkdaşları, bu vaxta qədər, həkimin buraya gəlməsinin məqsədi ilə bağlı inandırıcı bir versiya təqdim edə bilməyiblər.

Nəticədə is’, yaranan vəziyyətdən sadəcə ən müvəffəqiyyətsiz siyasətçilər reytinq qazanmağa çalışdılar” – dedi Bibilov.