Sxinvali işğalçı rejiminin məhkəməsi həkim Vaja Qaprindaşviliyi həbsdə saxladı
Sxinvali işğalçı rejiminin məhkəməsi həkim Vaja Qaprindaşviliyi həbsdə saxladı

Sxinvali işğalçı rejimi tərəfindən həbs edilən həkim Vaja Qaprindaşvili, qondarma məhkəmə tərəfindən verilən qərarla, yenə həbsdə qaldı.

Bu haqda məlumatı “Exo Kavkaza” yayır.

Həmin mənbənin məlumatına görə, Qaprindaşvilinin həbsdə qalması ilə bağlı bəyanatı onun vəkili verib.

Həkim Vaja Qaprindaşvilinin qondarma məhkəməsi bu gün keçirildi.

İşğalçı rejim Vaja Qaprindaşviliyi sərhədi pozmaqla ittiham edir. Vaja Qaprindaşvili isə, Gürcüstan ərazisindəki “sözdə” sərhədləri tanımadığını və özünü suçlu hesab etmədiyini bəyan edir.

İşğalçı rejim tərəfindən Vaja Qaprindaşviliyə iki aylıq ilkin həbs qərarı verilib.