Sxinvalidə gürcü yazılı medikamentlərin qadağan edilməsi ilə bağlı Salome Zurabişvili beynəlxalq təşkilatlara müraciət etdi
Sxinvalidə gürcü yazılı medikamentlərin qadağan edilməsi ilə bağlı Salome Zurabişvili beynəlxalq təşkilatlara müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Dünya Səhiyyə təşkilatının baş direktoruna, BMT-nin İnsan hüquqlarının qorunması üzrə ali komisarına və Avropa Şurasının insan hüquqları komisarına, Sxinvali regionunda gürcü yazılı medikamentlərin qadağan edilməsi ilə bağlı məktublar göndərdi və ağır humanitar vəziyyət haqqında məlumat verdi.

Bu haqda məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.

Mətbuat xidmətinin məlumatına görə, prezident göndərdiyi məktublarda qeyd edir ki, medikamentlərin qadağan edilməsi və Axalqori istiqamətinə doğru gedən keçid məntəqəsinin bağlı olması, regionda humanitar krizisin yaranmasına səbəb olur, çünki orada yaşayan xronik xəstələrə medikament müalicəsi lazımdır.

“Prezident qeyd edir ki, belə bir qadağan ilə insanların sağlamlıq haqqı, yaşam haqqı və digər fundamental hüquqları kobud şəkildə pozulur” – deyilir mətbuat xidmətinin bəyanatında.