"Sinofarm" vaksinasının avtorizasiya məsələsini ÜST-ün texniki qrupu bu gün müzakirə edəcək
"Sinofarm" vaksinasının avtorizasiya məsələsini ÜST-ün texniki qrupu bu gün müzakirə edəcək

“Sinofarm” vaksinasının avtorizasiya məsələsini ÜST-ün texniki qrupu digər önəmli məsələlərlə bərabər bu gün müzakirə edəcək.

Bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze jurnalistlərin suallarına cavab olaraq verdi.

“Bildiyim qədəri ilə, Çin tərəfi vaksina ilə bağlı əlavə sənədlər təqdim edib və bu gün müzakirə olacaq”, – dedi Qamkrelidze.

Gürcüstanda “Sinofarm” vaksinası ilə imunizasiya prosesi mayın 4-də, ÜST-dən avtorizasiya alınana qədər başladı.

Qamkrelidzenin məlumatına görə, qeyd olunan vaksina ilə üç gün ərzində 3 941 nəfər peyvənd olunub.