Şindisi yolunda iki insanı qətlə yetirdilər, ikisini isə yaraladılar
Şindisi yolunda iki insanı qətlə yetirdilər, ikisini isə yaraladılar

Şindisi yolunda qətl baş verdi. İki insan qətlə yetirilib. Onlar soyuq silahdan vurulan yaralar nəticəsində həlak olublar.

Mövcud olan məlumata görə, daha iki nəfər yaralanıbdır.

Gürcüstan Daxili İşlər Nazirliyində Birinci Kanala bildirildiyinə görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin ikinci hissəsinin “e” bəndinə əsasən başlayıbdır. Cinayət 13 ildən 17 ilə qədər həbs cəzasını nəzərdə tutur.