Silahlı şəxslər Malidə 134 insanı qətlə yetirdilər
Silahlı şəxslər Malidə 134 insanı qətlə yetirdilər

Qərbi Afrikada, Malidə silahlı şəxslər 134 insanı qətlə yetirdilər. “Reuters” agentliyinin məlumatına görə, hücum nəticəsində həlak olanlar arasında uşaqlar, qadınlar və yaşlılar var. Onları odlu və soyuq silah vasitəsi ilə qətlə yetirdilər.

Onların hamısı Malidə yaşayan Fula qrupunun nümayəndələridirlər. Bölgənin qubernatoru baş verənləri “kütləvi qətl” adlandırdı. Hücum, Maliyə BMT-nin səfirlərinin səfəri zamanı baş verdi. Onlar baş verənləri qınadılar.