Səudiyyə Ərəbistanında kinoteatr açılacaq
Səudiyyə Ərəbistanında kinoteatr açılacaq

Səudiyyə Ərəbistanında 2018-ci ilin əvvəlindən etibarən ölkədə 35 ildən artıq müddətdir qadağan edilmiş kinoteatrların yenidən açılmasına icazə veriləcək.

“Marja” xəbər verir ki, Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Nazirliyindən verilən yazılı açıqlamada, “Radio-Televiziya-Media Şurasının İdarə Heyəti kinoteatrlara lisenziya verilməsinə qərar verib” deyilir.

İlk kinoteatırın 2018-ci ilin Mart ayında açılacağı gözlənilir.  Səudiyyə Ərəbistanında bu ilin sentyabr ayında qadınlara avtomobil istifadə etməsinə icazəsi verilmişdi.

Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman “mülayim İslama” qaytarmaq sözü vermişdi.