Sərxoş halda maşının idarəsi və sürətin aşmasına sanksiyaların artırılması planlaşdırılır
Sərxoş halda maşının idarəsi və sürətin aşmasına sanksiyaların artırılması planlaşdırılır

İlin sonuna qədər, ölkə miqyası ilə, müxtəlif təyinatlı 5 000-ə qədər kamera işə düşəcək, – bu barədə Gürcüstan Daxili İşlər Nazirinin müavini, Nino Cavaxadze Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Mərkəzində bəyan etdi. Burada BMT-nin yol təhlükəsizliyinin sıra ilə beşinci həftəliyi çərçivəsində tədbir keçirildi.

Nino Cavaxadzenin bəyan etdiyinə görə, Tbilisidə, eləcə də bölgələrdə həmçinin patrul ekipajının sayı artırılacaq.

“Bizim üçün prioritetlidir ki, yol hadisələri hallarının sayı azalsın. Buna görə, kameraları artırırıq. İlin sonuna qədər, ölkə miqyası ilə, müxtəlif təyinatlı 5 000-ə qədər kamera işə düşəcək. Eləcə də Tbilisidə və bölgələrdə həmçinin patrul ekipajının sayının artırılmasını planlaşdırırıq.

Həmçinin qanunvericilik dəyişikliklərini planlaşdırırıq. Dəyişikliklər artıq hazırdır və hökumətlə müzakirələrə başlamışıq. Dəyişikliklər sərxoş halda maşının idarəsi və sürətin aşmasına sanksiyaların artırılması nəzərdə tutur”, – Nino Cavaxadze bəyan etdi.