Sergey Lavrov - Avropa İttifaqı cürət etdi və Rusiya ilə açıq və mənasız konfrontasiyaya başladı
Sergey Lavrov - Avropa İttifaqı cürət etdi və Rusiya ilə açıq və mənasız konfrontasiyaya başladı

Avropa İttifaqı cürət etdi və Rusiya ilə açıq konfrontasiyaya başladı, – bu bəyanatı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Münxenin Təhlükəsizlik konfransında çıxış edərkən verdi.

Onun dediyinə görə, Avropa kontinentində və Avro-atlantik məkanda mövcud olan vəziyyət göstərir ki, köhnə problemlər daha da dərinləşir və eyni zamanda yeni problemlər yaranır.

Sergey Lavrov bəyan etdi ki, belə bir vəziyyətdə Avropa Evi ideyasının gündəmə gəlməsi zamanlı olardı.

Lavrovun dediyinə görə, İkinci Dünya müharibəsinin və soyuq müharibənin başa çatmasından sonra, Rusiya və Avropa arasında müvəffəqiyyətli birlik planları ola bilərdi, ancaq planlar yanlış istiqamətdə getdi.  Bunun səbəbi isə, Qərb tərəfindən atılan yanlış addımlar oldu.

“Rusiya və Brüssel arasında yol xəritələri işlənmişdi, hansılar ki, iqtisadiyyat, hüquq, elm və təhsil üçün vahid bir məkanın yaradılmasını nəzərdə tuturdu, ancaq bu xəritələr unuduldu və kimsə onlar haqqında danışmaq istəmir.

Birdə ki,  sizin təhlükəsizliyinizin qorunması, digər tərəfin təhlükəsizliyinin pozulması xərcinə olmamalıdır.

Hazırda nə birləşmiş Avropa görürük, nə də terorizmə müvafiq cavab verə bilən Avropa qüvvəsini. Bütün bunların yerinə, Avropa İttifaqı Rusiya ilə mənasız konfrontasiyaya başladı və milyardlarla zərər gördü” – dedi Lavrov.