"Şərq Partnyoruğu" sammiti Brüsseldə iyunun 18-də keçiriləcək
"Şərq Partnyoruğu" sammiti Brüsseldə iyunun 18-də keçiriləcək

“Şərq Partnyoruğu” sammiti Brüsseldə iyunun 18-də keçiriləcək. Ukrayna mediasının məlumatına görə, bu barədə Avropa İttifaqında Ukrayna səfiri, Nikolay Toçiski bəyan etdi.

Diplomatın dediyinə görə, Ukrayna tərəfi praqmatik nəticələrə nail olmaq üçün fəal mövqelərin tutulmasına hazırdır.

“Şərq Partnyoruğu” 2009-cu ildə yaradılan Avropa İttifaqının xarici siyasətinin proqramıdır. O, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Ermənistan və Azərbaycanı birləşdirir.