Şəxsi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbərliyinə namizədlərin seçilməsi üzrə komissiyaların ilk iclasları bu gün keçiriləcək
Şəxsi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbərliyinə namizədlərin seçilməsi üzrə komissiyaların ilk iclasları bu gün keçiriləcək

Şəxsi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbərliyinə namizədlərin seçilməsi üzrə komissiyaların ilk iclasları bu gün keçiriləcək, qanunvericiliyə uyğun olaraq mən də iclasda iştirak edəcəyəm – bu barədə baş nazir İrakli Ğaribaşvili Gürcüstan hökumətinin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, ona təqdim olunan namizədlər arasından iki nəfəri Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə  və daha iki nəfəri isə Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri vəzifəsinə seçilmək üçün  Gürcüstan parlamentinə təqdim edəcək.

“Bildiyiniz kimi, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, martın 1-dən Dövlət Müfəttişi Xidmətinin əvəzinə iki yeni qurum – Şəxsi Məlumatların Mühafizəsi Xidməti və Xüsusi İstintaq Xidməti yaradılacaq. Bu xidmətlərin rəhbərlərinin seçilməsi üçün müsabiqələr elan ediləcək. Artıq namizədləri seçmək üçün hər iki müsabiqə komissiyası yaradılıb, ilk iclasları bu gün keçiriləcək, qanunvericiliyə uyğun olaraq mən də iclasda iştirak edəcəyəm. Komissiyaların rəhbər tutacaqları meyarlardan məhkəmə və ya hüquq-mühafizə orqanları sistemində və ya insan hüquqları sahəsində ən azı 5 il iş təcrübəsinin olması mühümdür.

Mərhələlərə gəlincə, müsabiqə nəticəsində hər bir vəzifə üzrə ikidən az olmayan, beşdən çox olmayan namizəd seçiləcək. Mənə təqdim olunan namizədlər arasından iki nəfəri Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə  və daha iki nəfəri isə Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri vəzifəsinə seçilmək üçün  Gürcüstan parlamentinə  təqdim edəcəyəm”–deyə İrakli Ğaribaşvili bildirib.