Seçkilərin ikinci turunun tarixini MSK noyabrın 17-nə qədər elan edəcək
Seçkilərin ikinci turunun tarixini MSK noyabrın 17-nə qədər elan edəcək

Mərkəzi Seçki Komisiyası Gürcüstan prezident seçkilərinin ikinci turunun tarixini noyabrın 17-nə qədər açıqlayacaq.

Seçki məcəlləsinin 105-ci maddəsinə əsasən, seçkilərin ikinci turu, birinci tur nəticələrinin elan edilməsindən iki həftə sonra təyin edilir.

Seçki təqviminə əsasən, birinci turun nəticələrinin elan edilməsinin rəsmi tarixi 8 noyabrdır.

Noyabrın 17-si isə, MSK üçün ikinci turun təyin edilməsi üçün son tarixdir.