Seçki məntəqələrinin demək olar 100 faizinin hesablanmasından sonra, Salome Zurabişvilinin 38.63 faizi, Qriqol Vaşadzenin 37.74 faizi var
Seçki məntəqələrinin demək olar 100 faizinin hesablanmasından sonra, Salome Zurabişvilinin 38.63 faizi, Qriqol Vaşadzenin 37.74 faizi var

Mərkəzi Seçki Komissiyasının göstəricilərinə görə, hazırda 3705 seçki məntəqəsindən 3692+11 məntəqə hesablanıb, bu da ümumi sayın 99.95 faizidir.

Qeyd olunan məntəqələrin göstəricilərinə əsasən, Salome Zurabişvilinin 615 403 (38.63%) səsi var, Qriqol Vaşadzenin 601 175 (37.74%) səsi.

Üçüncü yerdə 174 699 (10.97%) səslə David Bakradzedir.

Başqa namizədlər dörd faizdən az topladılar.

Prezident namizədinə qələbə üçün 50%+ 1 səs lazımdır. Gürcüstan prezidenti seçilmiş hesab olunacaqdır, əgər seçkilərdə iştirak edən seçicilərin yarından çoxu ona səs verdisə.

Əgər seçkilərin birinci turunda heç bir namizəd lazım olan qədər səsləri toplaya bilmədisə, seçkilərin ikinci turu təyin olunacaq. İkinci turda seçici, birinci turun ən yaxşı nəticəsi olan iki namizəd arasında seçim etməlidir. Seçkilərin ikinci turunu Mərkəzi Seçki Komissiyası, müvafiq sərəncam əsasında təyin edir. Seçkilərin ikinci turu, birinci turun nəticələrinin rəsmi bəyan edilməsindən, iki həftən sonra keçirilir. İkinci turda qalib ən çox səs toplayan bəyan ediləcək.