Səhiyyə Nazirliyində iki memorandum imzalandı
Səhiyyə Nazirliyində iki memorandum imzalandı

Səhiyyə Nazirliyi Çexiya İnkişaf Agentliyi ilə ikitərəfli əlaqələr barəsində memorandum imzaladı.

Nazirliyin məlumatına görə, sənəd Çexiya Respublikasının dəstəyi ilə təhrik olunan layihələrin gücləndirilməsini nəzərdə tutur. Söhbət iki layihədən gedir – “Evə doğru yol: yetkinlərin Gürcüstanda alternativ sosial servislərinin inkişafı” və “Gürcüstanda ilkin səhiyyənin gücləndirilməsinə imkanların yaradılması”. Hər iki layihənin büdcəsi təxminən iki milyon avronu təşkil edir və həyata keçirilməsi müddəti 2020-2023-cü illərdir.

“Evə doğru yol: yetkinlərin Gürcüstanda alternativ sosial servislərinin inkişafı” layihəsinin məqsədi Gürcüstanda yetkinlərin alternativ qayğı sisteminin inkişafına imkanların yaradılmasıdır.

“Gürcüstanda ilkin səhiyyənin gücləndirilməsinə imkanların yaradılması (II faza)” layihəsinə gəldikdə, qeyd olunan layihənin məqsədi ilkin səhiyyə keyfiyyətinin idarəsi alətlərinin tədbiq olunması və ilkin səhiyyə personalı üçün davamlı tibbi təhsil sisteminin formalaşdırlmasıdır.

İlkin mərhələdə layihəni pilotu Msxeta-Mtianeti və Sameqrelo-Zemo Svatidə seçilmiş munisipalitetlərdə planlaşdırılır. Bununla yanaşı, layihə ilkin tibbi yardım sisteminin dolğunlaşdırlmasının Tbilisinin beş pilot tibbi müəssisəsində davam etdirir”, – idarədə bəyan edirlər.

Ümumilikdə, layihəyə 46 tibbi müəssisə qoşulacaq. Memorandumu Səhiyyə nazirinin birinci müavini, Tamar Qabuniya və Çexiya İnkişaf Agentliyinin direktoru, Yan Sliva imzaladılar.