Səhiyyə Nazirliyi - Poliklinikada peyvəndin təsdiqləyici sənədini ala bilməyənlərə, təkrar peyvəndin edilməsi məsləhət görülür
Səhiyyə Nazirliyi - Poliklinikada peyvəndin təsdiqləyici sənədini ala bilməyənlərə, təkrar peyvəndin edilməsi məsləhət görülür

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, Poliklinikada məxmərək, qızılca və parotit peyvəndini təsdiqləyən sənədini ala bilməyənlərə təkrar peyvəndin edilməsi məsləhət görülür. Bu barədə Nazirlikdə şərh verildi.

Birinci Kanala Səhiyyə Nazirliyinin Proqramlar rəhbəri, Eka Adamiyanın bildirdiyinə görə, əgər poliklinikalar sənədləri təqdim edə bilmədilərsə, Nazirlik müvafiq tədbirlər görəcək.

“Çox önəmlidir ki, valideynlər, eləcə də müəssisələr məsələyə cox ciddi yanaşsınlar, çünki qızılca epidemiyası qarşında dururuq. Səhiyyə Nazirliyinin verdiyi zəmanətləri yerinə yetirsinlər. Bunlardan biri, uşaqların peyvənləri statusunun yenidən yoxlanılmasıdır. Müvafiq olaraq hər bir valideynin hüququ var ki, peyvənd edildiyi klinikaya getsin və uşağın sağlamlığı durumu barəsində məlumat tələb etsin. Hər bir uşağın peyvənd haqqında statusu yoxlanılmalıır və əgər peyvənd edilməyibdirsə, edilməlidir”, – Səhiyyə Nazirliyinin Proqramlar rəhbəri, Eka Adamiya bəyan etdi.

Elə onun dediyinə görə, məxmərək, qızılca və parotit peyvəndlər hamı üçün pulsuzdur.

Səhiyyə Proqramları rəhbərinin dediyinə görə, peyvəndi təsdiq edən sənəd axtarıləb tapılmırsa, məsləhət görülür ki, peyvənd yenidən edilsin.

Məktəb və uşaq bağçalarında validenylərdən uşaqlarının peyvəndi barəsində sənədlərini tələb etdilər. Bu gün 1tv.ge-yə bir neçə valideyn zənh etdi və bəyan etdilər ki, poliklinikada müvafiq sənədi ala bilmədilər.