Səhiyyə Naziri bəyan edir ki, bizneslə bağlı məhdudiyyətlər yenidən müzakirə olunmayacaq
Səhiyyə Naziri bəyan edir ki, bizneslə bağlı məhdudiyyətlər yenidən müzakirə olunmayacaq

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, biznesmenlərlə bir çox çörüş keçirildi və onlara tətbiq olunan məhdudiyyətlərin məqsədi və əhəmiyəti açıqlandı.

Nazirin dediyinə görə, biznesmenlərlə görüşlər yenə keçirilə bilər, ancaq tətbiq olunan məhdudiyyətlərin yenidən baxıması və yaxud dəyişdirilməsi bu mərhələdə müzakirə olunmur.

“Güzəştlərə gəlincə, bununla bağlı iqtisadi dəstə işləyir və hansı güzəştlərin təqdim edilmə imkanının olduğu biznes nümayəndələrinə izah edilir. Əlavə suallara iqtisadi dəstə və Səhiyyə Nazirliyi biznesmenlərlə görüş zamanı cavab verəcək.

Qərarların yenidən müzakirəsi olmayacaq, çünki onlar üzərinə aylarca işlənilib. Biz bilirik ki, bu məhdudiyyətlər bugün Gürcüstan və əhali üçün təhlüksizlik baxımından çox vacibdir” – dedi Səhiyyə Naziri Ekaterine Tikaradze.