Şatili yolunda yol qəzası nəticəsində 12 insan vəfat etdi
Şatili yolunda yol qəzası nəticəsində 12 insan vəfat etdi

Duşeti munisipalitetində, Şatili yolunda yol qəzası nəticəsində 12 insan vəfat etdi. DİN-dən Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, mikroavtobus təxminən 80 merlik yüksəklikdən yuvarlandı. Üş insan ağır xəsarət aldı.

“Xilasedici işlər, təhlükəsizliyin bütün normalarının müdafiəsi ilə keçirilir. İlkin məlumata görə, mikroavtobusda olan 12 vətəndaş dünyasını dəyişib. Üçü isə, ağır xəsarət alıb. Onları xilasedicilər artıq təhlükəsiz yerə çıxarıblar. Bütün müvafiq ekspertiza təyin olunub.

Daxili İşlər Nazirliyi baş verənlər üzrə Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlayıb”, – DİN tərəfindən yayılan bəayantda deyilir.