Şarl Mişelin sənədini imzalayan partiyaların nümayəndələri bu gün yenə Gürcüstan prezidenti ilə görüşürlər
Şarl Mişelin sənədini imzalayan partiyaların nümayəndələri bu gün yenə Gürcüstan prezidenti ilə görüşürlər

Avropa Şurasının prezidenti Şarl Mişelin sənədini imzalayan partiyaların nümayəndələri bu gün yenə Gürcüstan prezidenti ilə görüşəcəklər.

Partiya nümayəndələri bəyan edirlər ki, görüş inzibati hüquqpozuntular məcəlləsinə daxil edilən dəyişikliklər mövzusu ilə bağlı olacaq.

Müxalifət partiyalarının fikri ilə, prezident bu dəyişikliklərə veto qoymalıdır.

Görüş Orbelianilər sarayında individual rejimdə keçiriləcək.

Eyni məsələ ilə bağlı Gürcüstan prezidenti ilə dünən “Girçi” partiyasının liderlərindən biri olan İaqo Xviçia və “Vətəndaşlar” partiyasının üzvləri görüşdülər.