Şarl Mişel bəyan edir ki, Ankarada Ursula Fon Der Laynenlə baş verən insindentdən sonra gecə gözünə yuxu getmədi
Şarl Mişel bəyan edir ki, Ankarada Ursula Fon Der Laynenlə baş verən insindentdən sonra gecə gözünə yuxu getmədi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan edir ki, Ankarada Ursula Fon Der Laynenlə baş bağlı verən xoşa gəlməz insindentdən sonra gecə gözünə yuxu getmədi.

Avropa İttifaqı Şurasının prezidenti Ankarada stulların yerləşdirilməsi insindenti ilə bağlı bəyanatı Almaniyanın “Handelsblat” nəşriyyatına verdiyi müsahibə zamanı verdi.

Onun dediyinə görə, “əgər mümkün olsaydı, zamanı geri qaytarıb, bu insindenti düzəldərdi”.

“Gizləmirəm ki, çox pis yatdım, çünki orada edə biləcəyim doğru hərəkətlər gözümün qabağından getmədi”, – dedi Şarl Mişel.

Xatırladaq ki, Türkiyənin paytaxtı Ankaraya səfər zamanı, Avrokomisiyanın ilk qadın prezidenti Ursula Fon Der Laynen təəcübünü gizlədə bilmədi, çünki Rəcəp tayyip Erdoğanın yanında sadəcə bir stul var idi və onda da Şarl Mişel oturmalıydı.

Ayaqda qalan qadını isə, daha sonra biraz uzaqda olan divanda oturtdular.

Bu insindentdən sonra, Avropa İttifaqı Türkiyə iqtidarını protokolu pozmaqla ittiham etdi, İtaliyanın baş naziri Mario Draqi isə, Erdoğanı diktator adlandırdı.

Mario Draqinin Erdoğana diktator dediyinə görə, İtaliya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı.