Şarl Mişel 19 iyulda Salome Zurabişvili və İrakli Ğaribaşvili ilə görüşəcək
Şarl Mişel 19 iyulda Salome Zurabişvili və İrakli Ğaribaşvili ilə görüşəcək
Şarl Mişel 19 iyulda Salome Zurabişvili və İrakli Ğaribaşvili ilə görüşəcək.

Avropa Şurasının sədri Şarl Mişel 19 iyulda Batumidə Gürcüstan prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Ğaribaşvili ilə görüşəcək. Şarl Mişelin cədvəli Avropa Şurasının rəsmi saytında yayımlandı.

19 İyulda Şarl Mişel Batumi Beynəlxalq Konfransında çıxış edəcək.

Bundan əlavə, Avropa Şurasının sədri Moldova Prezidenti Maia Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Elə həmin gün Şarl Mişelin Gürcüstan, Moldova və Ukrayna prezidentləri ilə ortaq iclası keçirilməsi planlaşdırılır və bundan sonra mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Gürcüstana səfərindən əvvəl Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana və Azərbaycana gələcək.