Sandro Rakviaşvili - istintaq komissiyasının çox yaxşı alət olması mümkündür, lakin ona müxalifət qoşulmasa, inanmıram etimadlı olsun
Sandro Rakviaşvili - istintaq komissiyasının çox yaxşı alət olması mümkündür, lakin ona müxalifət qoşulmasa, inanmıram etimadlı olsun

Bu memorandumum böyük hissəsi müxalifətdə işlənib hazırlanmışdı, yaxşı olar ki, bunların hamısı həyata keçirilsin, lakin burada suallar, maddələr var ki, üzərində yaxşı olar geniş disskusiya aparılsın, –  bu barədə “Qirçinin” üzvü, Sandro Rakviaşvili bəyan etdi.

Elə onun dediyinə görə, bu prosesə müxalifət də qoşulsa daha yaxşı olardı.

“Siyasi konteksti nəzərə alsaq başqa şərtlər yerinə yetirilməlidir ki, bu baş versin. Əgər elə şərait yaradılsa ki, müxalifət Parlamentə daxil olacaq və birgə bu sənədin dəyişiklikləri üzrə işləyəcək, sözzsüz ki, daha yaxşı olar. İstintaq komissiyasının çox yaxşı alət olması mümkündür, bir çox suallara cavab veriləcək, lakin ona müxalifət, o cümlədən ilk növbədə “Milli Hərəkat” qoşulmasa, nə qədər də effektli işləsələr də, inanmıram etimadlı olsun. Buna görə, hər iki məsələdə əhəmiyyətlidir ki, siyasi kontekst yaxşılaşdırlsın və razılaşma baş versin ki, Parlamentdə müxalifət olsun və komissiyanın da mənası olsun”, – Rakviaşvili bəyan etdi.