Samqori-Lilo və Samqori-Rustavi yer-üstü metro layihəsi ilə bağlı tender yaxın günlərdə elan ediləcək
Samqori-Lilo və Samqori-Rustavi yer-üstü metro layihəsi ilə bağlı tender yaxın günlərdə elan ediləcək

Samqori-Lilo və Samqori-Rustavi yol-üstü metro layihəsi ilə bağlı tender yaxın günlərdə elan ediləcək, – bu barədə bəyanatı Tbilisi meri Kaxa Kaladze paytaxt hökümət iclasında verdi.

Onun dediyinə görə, müsabiqədə Avstriyalı şirkət İLF consulting engineers qalib gəldi.

“Biz yeni yer-üstü metro layihəsi haqqında bəyanat vermişdik və Samqori-Rustavi istiqamətinə metronun inşaat edilə biləcəyinə dair yoxlanışlar aparmaq istədik. Tbilisi Nəqliyyat Şirkəti qeyd olunan layihə ilə bağlı müsabiqə elan etmişdi və Avstriyanın ILF consulting engineers şirkəti qalib oldu.

Bu şirkət sahəsində, qeyd olunan layihənin nə dərəcədə həyata keçirilə biləcəyinə dair dəqiq bilgilərimiz olacaq. Hər iki layihənin büdcəsi təqribən 13 milyondur.

ILF consulting engineers şirkətinin işini başa çatdırmaq üçün 15 günü var. Sonra isə, inşaat üzrə başqa tender elan ediləcək” – dedi paytaxtın meri.