Sameqreloda ilbiz ferması açıldı
Sameqreloda ilbiz ferması açıldı

Xobi munisipalitetinin Axali Xibula kəndində, dövlətin dəstəyi ilə həyata keçirilən “Birgə aqrolayihə” proqramı çərçivəsində, “Nadi qrup” adlı ilbiz (salyanqoz) ferması tikilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, fermanın inşaatı üçün 1.410.000 larilik investisiya həyata keçirilib.

Oradan 1,260,000 lariyi benefisiar (layihəyi həyata keçirən) güzəştli aqro-kredit olaraq, götürüb.

Yeni açılan fermayı Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Nazirinin müavini Giorgi  Xanişvili, İlbiz fermasının təsərrüfat agentliyinin direktoru Otar Şamugia ilə bərabər yoxladı və fermanın fəaliyyəti ilə şəxsən tanış oldu.

Agentliyin məlumatına görə, ferma ildə 50 ton ilbiz əti istehsal edəcək.

Produksiyanın ixracı isə, xarici bazara, əsasən də İtaliyaya ediləcək.

Məhsul yerli bazara da çıxarılacaq.

Yeni açılan fermada 10 nəfər işləyir.