Sameqrelo-Zemo Svanetidə koronavirusun 71 yeni halı qeydə alındı, 17 pasiyent müalicə olunaraq sağaldı
Sameqrelo-Zemo Svanetidə koronavirusun 71 yeni halı qeydə alındı, 17 pasiyent müalicə olunaraq sağaldı

Sameqrelo-Zemo Svaneti bölgəsində koronavirusun 71 yeni halı qeydə alındı, 17 pasiyent müalicə olunaraq sağaldı. Məlumatı Bölgə Administrasiyası yayır.

Bölgənin beş kovid-mərkəzində koronavirusa yoluxan 125 pasiyent müalicə olunur, onlardan altısının vəziyyəti ağırdır.

Ruxi Klinikasına 37, Poti Klinikasına 40, Zuqdidi Referal Hospitalına 5, Abaşanın “Eveks” Klinikasına 11, Senaki Klinikasına 32 pasiyent yerləşdirilib.

Bölgənin karantin məkanlarında 100 insan qalmaqdadır.

Şərh yaz