Şalva Papuaşvili - partiyaları mandatlarını almağa və seçki islahatı ilə bağlı işçi qrupunun işinə qoşulmağa çağırıram
Şalva Papuaşvili - partiyaları mandatlarını almağa və seçki islahatı ilə bağlı işçi qrupunun işinə qoşulmağa çağırıram

İslahat əsasən “Gürcü Arzusu” və “Vətəndaşlar” arasında imazalanan memoranduma əsaslanacaq, – bu barədə Parlament çoxluğunun üzvü, Şalva Papuaşvili seçki islahatı ilə bağlı bəyan etdi.

Bununla yanaşı, Papuaşvili partiyaları mandatlarını almağa və seçki islahatı ilə bağlı işçi qrupunun işinə qoşulmağa çağırır. Elə onun dediyinə görə, bu yeganə imkandır ki, seçkilərin keyfiyyəti ilə bağlı iradlarını ifadə etsinlər və mümkün pozuntuların düzəldilməsində iştirak etsinlər.

Seçki islahatı ilə bağlı Parlamentdə işçi qrupunun görüşü keçirilir. Bu formatda QHT, diplomatik korpusun və MSK-nın nümayəndələri iştirak edirlər.

Disskusiyanın əsas mövzusu seçki islahatının həyata keçirilməsi və “Gürcü Arzusu” və “Vətəndaşlar” arasında imazalanan memorandumdur. İslahat, Mərkəzi Seçki Komissiyasının yeni formada komplektləşdirilməsini, MSK-nın sədrinin yeni qayda ilə seçilməsini və səsvermə prosedurunun elektron sisteminə keçməsini nəzərdə tutur.