Şalva Papuaşvili - bütün səylərimiz, əməllərimiz və sözlərimiz Ukraynada yeni müharibənin qarşısını almağa istiqamətlənməlidir, bu bütövlükdə regionun maraqlarına daxildir
Şalva Papuaşvili - bütün səylərimiz, əməllərimiz və sözlərimiz Ukraynada yeni müharibənin qarşısını almağa istiqamətlənməlidir, bu bütövlükdə regionun maraqlarına daxildir

 

Gürcüstanın qardaşı Ukraynaya öz ölkəsinin suverenliyi və xalqının təhlükəsizliyinin qayğısına qalmaq məsələsində həmrəyliyimi ifadə edirəm – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili büro iclasında bildirib.

Onun sözlərinə görə, Ukraynada yeni müharibənin baş verməməsi bütövlükdə regionun maraqlarına daxildir. Papuaşvili bu baxımdan Qərbin birliyinin vacib olduğunu bildirib.

“Hər hansı bir ölkənin başqa bir dövlətin suverenliyini və ya ərazi bütövlüyünü şübhə altına alması qətiyyən qəbuledilməzdir. Bir neçə gün əvvəl Gürcüstanın Ukraynadakı səfiri ilə görüşüm oldu və ona da dəstəyimizi ifadə etdim. Bu gün əsas vəzifə Ukraynada yeni müharibənin qarşısını almaqdır. Fikrimcə bütün səylərimiz, bütün əməllərimiz və sözlərimiz bura yönəldilməlidir ki, Ukraynada yeni müharibə olmasın. Müvafiq olaraq bu həm Ukraynanın, həm Gürcüstanın, həm də bütövlükdə regionun marağındadır. Ukraynada hərbi əməliyyatlara imkan verməmək üçün Qərbin birliyi mühüm və kritikdir. Əhaliyə bildirmək istəyirəm ki, biz qərbli tərəfdaşlarımızla sıx ünsiyyətdəyik və təbii ki, bu ünsiyyətə müvafiq şəkildə hərəkət edəcəyik”-deyə Şalva Papuaşvili bildirib.