Şalva Natelaşvili - "IRI" Gürcüstandan getməli və Amerikadan yeni, satılmayan dostlar gəlməlidilər
Şalva Natelaşvili - "IRI" Gürcüstandan getməli və Amerikadan yeni, satılmayan dostlar gəlməlidilər

“IRI” Gürcüstandan getməli və Amerikadan yeni, satılmayan dostlar gəlməlidilər, – bu barədə “Leyboristlər Partiyasının” lideri, Şalva Natelaşvili bəyan etdi.

Onun dediyinə görə, “IRI” seçkilərin total saxtalaşdırlmasında ən gözəçarpan aktorlardan biri idi.

“Məhz elə “IRI” İvanişvilinin milyardlarına satıldı. Bu təşkilat Gürcüstandan getməli və Amerikadan yeni, satılmayan dostlar gəlməlidilər. Bu Amerikanın ayıbı və bizim problemimizdir. Bu hesabatın dərc olunması bir daha gürcü xalqının ruhuna tüpürməkdir”, – Natelaşvili bəyan etdi.

“IRI” 2020-ci il Parlament seçkilərinin texniki dəyərləndirməsi hesabatını dərc etdirdi.

Təşkilatın hesabatına uyğun olaraq, yekunlaşdırıcı protokollarla bağlı nöqsanlar, seçkilərin yekun nəticəsinə təsir göstərməyib.