Şalva Natelaşvili Əliyev iqtidarına müraciət edirəm ki, ağlını başına yığsın
Şalva Natelaşvili Əliyev iqtidarına müraciət edirəm ki, ağlını başına yığsın

Əliyev iqtidarına müraciət edirəm ki, ağlını başına yığsın, – bu bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun bəyanatına cavab olaraq verdi, hansında Ceyhun Əliyev demişdi ki, Gürcüstan-Azərbaycan arasında delimitasiya məsələsi ilə bağlı iki ölkə arasında yaradılan idarələr və komisiya işləyir.

Şalva Natelaşvilinin dediyinə görə, Gürcüstan və Azərbaycan arasında müxtəlif məsələlər haqqında danışıqlar, David Qareci ərazisindən Azərbaycanın silahlı qüvvələrinin çıxardılmasına qədər aparılmamalıdır.

“Prezident Əliyevin iqtidarı, İvanişvilinin partiyası ilə razılaşaraq, ən böyük gürcü xristian abidələrindən biri olan Davit Qareciyi oğurladı. Bu da yetmədi, dünən Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov buraya gəlib, bu məsələ ilə bağlı bəyanatlar verməməyimizi tələb etdi.  Mən İvanişvili rejiminə və Əliyev iqtidarına demək istəyirəm ki, delimitasiya məsələsi ilə bağlı heç bir danışıqlar, David Qareci ərazisindən Azərbaycan əsgərlərinin çıxardılmasına qədər bərpa olunmayacaq. Danışıqlar ancaq status-kvo-nun bərpa olunduğunda, davam edə bilər.

Ölkənin sahibi və qoruyucusu olmayanda, əlbəttə ki, Putin Şida-Kartlidə dəmir baryerlər çəkəcək, Əliyevin də iştağı açılacaq və ərazimizi alacaq. Əgər bu məələ gərəkdiyi kimi həll olunmasa, biz də, razılaşdırılmış demarkasiya xəttinin yenidən baxılmasını və bolşeviklər tərəfindən Azərbaycana verilən Saingiloyu tələb edəcəyik.

Orada əhalinin assimilyasiyasının necə olduğunu və gürcülərin təqib edildiyini də bilirik.  İvanişvili rejimi yaxın gələcəkdə olmayacaq və Əliyev gürcü və Azərbaycan xalqı arasında David Qareci monasteri ilə bağlı etdiyinə görə, cavab verməli olacaq” – dedi Şalva Natelaşvili.