Şalva Natelaşvili - Donald Trampın kürəkəni Bidzina İvanişvili mafyasına dəstək verirdi
Şalva Natelaşvili - Donald Trampın kürəkəni Bidzina İvanişvili mafyasına dəstək verirdi

“Leyborist partiyasının” lideri Şalva Natelaşvilinin bəyanatına görə, Bidzina İvanişvilin mafyasını ABŞ-ın hələ qüvvədə olan prezidenti Donald Trampın kürəkəni Cared Kuşner dəstəkləyirdi.

Bu barədə bəyanatı Şalva Natelaşvili “Rustavi-2” kanalının efirində verdi.

“Bidzina İvanişvili Trampın ailəsi ilə, rus lobbilərinin vasitəçiliyi ilə yaxınlaşdı. Trampın qızı İvankanın həyat yoldaşı Cared Kuşner, Ağ Evin yanında yerləşən Eyzenhauer Palatasında təhlükəsizlik şurasında işləyir və oradan Bidzina İvanişviliyə dəstək verir.

Ancaq bir neçə həftəyə bu qrupun özbaşınalığı sona çatacaq. Amerika xalqı trampizmi dayandırdı. Oliqarxiyaya Amerikada veto qoyuldu və bir neçə vaxta Gürcüstanda da həmişəlik son qoyulacaq” – dedi Şalva Natelaşvili.