Salome Zurabişvilinin sülhməramlılara müraciəti - Bizim sülhümüzü qoruyursunuz
Salome Zurabişvilinin sülhməramlılara müraciəti - Bizim sülhümüzü qoruyursunuz

31 avqust gürcü sülhməramlılar günüdür.

Bu gün münasibəti ilə, Gürcüstan prezidenti Salome Zurabişvili gürcü hərbi xidmətçilərini təbrik etdi və qeyd etdi ki, dünyanın müxtəlif bölqələrində sülhü qoruyan və həmçinin, Gürcüstanın təhlükəsizliyini gücləndirən gürcü əsgərlərinə müraciət etmək onun üçün böyük şərəfdir.

“Siz böyük hörmətə layiqsiniz və xalqımızın adı ilə, vətənimiz üçün etdiklərinizə görə, təşəkkür etmək istəyirəm” – dedi Salome Zurabişvili.

Prezident öz müraciətində sülhməramlı missiyalarda həlak olan əsgərləri də hörmətlə yada saldı.

Vitse-polkovnik Laşa Davitadzenin dediyinə görə, iqtidar nümayəndələri tərəfindən belə müraciətlər çox əhəmiyyətlidir, çünki əsgərlər öz işlərinin dəyərini daha yaxşı anlayırlar.

Bu haqda məlumatı Gürcüstan prezidentinin administrasiyası yayır.