Salome Zurabişvili - Yoruldum bu qədər bulinqdən əgər gürcü dilini başa düşmürsünüzsə, bu sizin probleminizdir
Salome Zurabişvili - Yoruldum bu qədər bulinqdən əgər gürcü dilini başa düşmürsünüzsə, bu sizin probleminizdir

Bir neçə televiziyanın mənə qarşı etdiyi bulinqdən çox yoruldum, – bu barədə bəyanatı Gürcüstan prezidenti salome Zurabişvili jurnalistlərlə söhbət zamanı verdi.

“Siz cümləyi axıra qədər oxumursunuzsa, gürcü dilini başa düşmürsünüzsə, bu sizin problemininizdir. Məni zorakılıq tərəfdarı kimi göstərməniz həqiqətən gülməlidir. Siz oxumağı öyrənməlisiniz. Mən zorakılığı dəstəkləyən bir söz belə demədim. Mən demişdim ki, zorakılıq kişilik deyil. Başqa da deyəcəyim yoxdur” – dedi Salome Zurabişvili.

Xatırladaq ki, prezident Salome Zurabişvilinin bir neçə gün bundan öncə, gənc futbolçu Giorgi Şakaraşvilinın ölüm faktı ilə bağlı verdiyi bəyanat – “qrup zorakılığı kişilik deyil, kişilik təkə-tək döyüşdür” kimi interpretasiya edilərək, günlərdir tənqid məsələsi oldu.