Salome Zurabişvili Vladimer Zelenskinin inauqurasiyasında iştirak edəcək
Salome Zurabişvili Vladimer Zelenskinin inauqurasiyasında iştirak edəcək

Ukraynanın xarici İşlər Nazirliyinin məlumatına görə, Vladimer Zelenskinin inauqurasiyasında Gürcüstan, Baltikyanı ölkələri və Macarıstan prezidentləri iştirak edəcəklər.

Bu barədə Ukrayna medyası idarənin mətbuat katibinə, Ekaterina Zelenkoya istinad edərək, yayır.

Onun dediyinə görə, inauqurasiyada həmçinin, Avrokomisiyanın vitse-prezidenti Marek Şevçiviç də iştirak edəcək. NATO nümayəndə heyyətinə isə, baş katibin müavini Alexandro Alvarqonsales rəhbərlik edəcək.

Vladimer Zelenskinin inauqurasiyası mayın 20-də keçiriləcək.