Salome Zurabişvili və İlham Əliyev arasında telefon söhbəti oldu
Salome Zurabişvili və İlham Əliyev arasında telefon söhbəti oldu

Gürcüstan prezidenti Salome Zurabişvili və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutdu. Bu barədə məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, Salome Zurabişvili İlham Əliyevə Qax rayonunda, Əlibəyli kəndində gürcü məktəbinin açılışına görə, minnətdarlığını bildirdi.

Salome Zurabişvili Azərbaycan prezidentini Gürcüstana dəvət etdi.

Şərh yaz