Salome Zurabişvili - Vaşinqtona müraciət etdik ki, Tramp-Putinin görüşünə qədər ABŞ prezidenti ilə, bizim görüşümüz mümkün olsun
Salome Zurabişvili - Vaşinqtona müraciət etdik ki, Tramp-Putinin görüşünə qədər ABŞ prezidenti ilə, bizim görüşümüz mümkün olsun

Gürcüstan prezidenti, Salome Zurabişvili bəyan edir ki, Donald Tramp rus həmkarı, Vladimir Putin ilə görüşənə qədər, Amerika Birləşmiş Ştatları prezidenti ilə görüşmək istəyir.

Salome Zurabişvilinin açıqlamasına görə, bu barədə onun administrasiyası artıq Vaşinqtona müraciət edib, lakin bunun mümkün olub olmaması hələlik məlum deyil.

“Tramp-Putinin görüşünün baş tutması mümkündür. Görüşün gündəmi barəsində bir şey bilmirik. Bizim üçün ən önəmlisi odur ki, Amerika Birləşmiş Ştatları prezidenti ilə görüşümüz ona qədər mümkün olsun. Görüşdə Trampı bizim baxışlarımızla tanış edəcəyik. Artıq Vaşinqtona bu barədə müraciət etmişik, lakin bizim üçün nə qədər vaxt tapacağını deyə bilmərəm”, – Salome Zurabişvili bəyan etdi.