Salome Zurabişvili Varşavada Vladimer Zelenski ilə görüşdü (foto/video)

Gürcüstan prezidenti, Salome Zurabişvili işçi səfərlə Polşa Respublikasındadır. Salome Zurabişvili Varşavada, müxtəlif ölkənin liderləri ilə birlikdə, İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Gürcüstan prezidenti, Salome Zurabişvili bu gün Varşavada Ukrayna prezidenti, Vladimer Zelenski ilə görüşdü. Bundan başqa, Gürcüstan prezidenti işçi səfər çərçivəsində bir neçə önəmli görüş keçirəcək. Salome Zurabişvili həmçinin İşveç Krallığı Parlamentinin spikeri Andrea Snorlen, Bolqarıstan Respublikasının prezidenti Rumen Radev, Estoniya Respublikasının prezidenti Kersti Kalulayd, Belçika Krallığı baş naziri Şarl Mişel və Slovakiya Respublikası prezidenti Zuzana Çaputova ilə görüş keçirəcək.

Günün sonunda Salome Zurabişvili Polşa Respublikası prezidenti, Andjey Dudanın adı ilə keçirilən nahar yeməyində iştirak edəcək.