Salome Zurabişvili Varşavada, İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək
Salome Zurabişvili Varşavada, İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Gürcüstan prezidenti, Salome Zurabişvili işçi səfərlə Polşa Respublikasındadır.

Salome Zurabişvili Varşavada, İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Bundan başqa, Gürcüstan prezidenti işçi səfər çərçivəsində bir neçə önəmli görüş keçirəcək. Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili bu gün Varşavada Ukrayna prezidenti, Vladimer Zelenski ilə görüşəcək.

Salome Zurabişvili həmçinin İşveç Krallığı Parlamentinin spikeri Andrea Snorlen, Bolqarıstan Respublikasının prezidenti Rumen Radev, Estoniya Respublikasının prezidenti Kersti Kalulayd, Belçika Krallığı baş naziri Şarl Mişel və Slovakiya Respublikası prezidenti Zuzana Çaputova ilə görüş keçirəcək.

Günün sonunda Salome Zurabişvili Polşa Respublikası prezidenti, Andjey Dudanın adı ilə keçirilən nahar yeməyində iştirak edəcək.

Tədbir sabah da davam etdiriləcək. Salome Zurabişvili Polşa Respublikasının Senatında planlaşdırılmış “Gürcüstandan 50 qadın” adlı sərgidə nitqlə çıxış edəcək.

Bundan başqa, Salome Zurabişvili nitqlə “Siyasətdə qadınların rolu” adlı konfrasda çıxış edəcək.

Şərh yaz