Salome Zurabişvili Vake Parkında "Bilinməyən əsgər" memorialına əklil qoydu
Salome Zurabişvili Vake Parkında "Bilinməyən əsgər" memorialına əklil qoydu

Gürcüstan prezidenti Salome Zurabişvili veteranları qələbə günü ilə təbrik etdi.

Prezident bugün Vake Parkına getdi və “Bilinməyən əsgər” memorialına əklil qoydu.

“Bütün veteranları onların o zamanki qələbələri ilə təbrik edirəm. Müharibədə həlak olan bütün qəhraman hörmətə layiqdir. O vaxt hər bir gürcü inanırdı ki, azadlıq üçün mübarizə edirdi. Əslində onlar Gürcüstanın azadlığı üçün mübarizə edirdilər” – dedi Salome Zurabişvili.