Salome  Zurabişvili - Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Gürcüstan tərəfindən koronavirus təhlükəsinə göstərilən reaksiyanı yüksək qiymətləndirib
Salome Zurabişvili - Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Gürcüstan tərəfindən koronavirus təhlükəsinə göstərilən reaksiyanı yüksək qiymətləndirib

Gürcüstan prezidenti, Salome Zurabişvili və Ümumdünya Səhiyyə Tşkilatının baş direktoru, Tedros Adanom Qebreisus arasında telefon danışığı baş tutub.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata əsasən, söhbət Gürcüstan prezidentinin təşəbbüsü ilə baş tutub və Salome Zurabişvili Tedros Qebreisus ilə yeni növ koronavirus ilə əlaqədar ölkədəki mövcud vəziyyəti müzakirə edib.

“Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru ,təşkilatın Gürcüstana yeni növ koronavirusun aradan qaldırılması prosesində texniki və ekspert yardımını davam etdirəcəyini təsdiqləyib.

Gürcüstan tərəfindən koronavirusun yayılması təhlükəsinə verilən reaksiyanı o, yüksək qiymətləndirib. Salome Zurabişvili Gürcüstanın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini diqqətlə yerinə yetirdiyini, ölkədəki vəziyyətin nəzarətə tabe olduğunu qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Gürcüstan prezidentinə virusla mübarizədə texniki və ekspert dəstəyini davam etdirəcəyinə dair söz verib “- deyə Gürcüstan Prezidentinin Administrasiyasından bildiriblər.

Onların sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru qeyd edib ki, qurum Gürcüstan hökuməti ilə əlaqələndirilmiş fəaliyyətini və sıx tərəfdaşlığını davam etdirəcək.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Gürcüstan prezidentinə yeni növ koronavirusun qarşısının alınması məqsədi ilə Gürcüstan hökumətinin həyata keçirdiyi tədbirlərə görə öz təşəkkürünü bildirib və bugünkü ünsiyyətin tam əməkdaşlığın və yüksək siyasi iradənin təzahürü olduğunu bildirib.

 

Müəllif – Sevinc Mustafayeva