Salome Zurabişvili - strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir
Salome Zurabişvili - strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir

Gürcüstan prezidenti, Salome Zurabişvili ABŞ-ın dövlət katibinin Gürcüstana planlaşdırılmış səfərinə əks səda verir.

“ABŞ-ın dövlət katibinin Gürcüstana səfərini alqışlayırıq. Strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir”, – Zurabişvili “tvitterdə” yazır.

Gürcüstan Xarici İşlər Nazirliyi Mayk Pompeonun səfəri barəsində məlumatı dünən yaydı. Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-ın dövlət katibi Gürcüstana 17 noyabrda iki günlük səfərlə gələcək.

Dövlət Departamentinin məlumatına görə, Gürcüstana səfər çərçivəsində Mayk Pompeo Salome Zurabişvili, Giorgi Qaxariya, David Zalkaliani və İkinci İliya ilə görüşəcək.

Şərh yaz