Salome Zurabişvili - Siyasi manipulyasiyalar Gürcüstanda, Azərbaycanda və bütün Qafqazda sabitliyə zərər verir və bu kimsəyə lazım deyil
Salome Zurabişvili - Siyasi manipulyasiyalar Gürcüstanda, Azərbaycanda və bütün Qafqazda sabitliyə zərər verir və bu kimsəyə lazım deyil

Siyasi manipulyasiyalar Gürcüstanda, Azərbaycanda və bütün Qafqazda sabitliyə zərər verir və bu kimsəyə lazım deyil, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika gününə və Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan rəsmi qəbulda çıxış edərkən verdi.

Gürcüstan prezidenti Azərbaycan xalqını Azərbaycan Dövlətinin Respublika günü münasibəti ilə təbrik etdi və Azərbaycan və Gürcüstan arasındaki münasibətlərin müxtəlif aspektləri haqqında danışdı.

“1991-ci ildə, biz, Qafqaz ölkələri öz müstəqilliyimiz bərpa etdik və yeni inkişaf yoluna doğri getdik. Bizim münasibətlərimiz də dostluğa, birgə maraqlara və ən önəmlisi də xalqımıza əsaslanır. Ölkəmizdə yaşayan gürcü və azərbaycan mənşəli vətəndaşlarımıza əsaslanır, hansılar ki, hər zaman bizim ölkədə yaşayırdılar və ölkəmizin əhəmiyyətli hissəsini təşkil edirlər. Bu insanlar hər iki ölkəyi birləşdirirlər.

Qafqaz bugün nəqliyyat və ticarət baxımından ən önəmli regionlardan biri oldu. Bizi birləşdirən həmçinin, odur ki, biz regiondaki digər ölkələrin suverenliyini də dəstəkləyirik” – dedi Salome Zurabişvili.

Prezident Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya prosesi haqqında da danışdı və qeyd etdi ki, bu gərəkli bir prosesdir, çünki dost ölkələri arasında naməlum sərhədlər məsələsi olmamalıdır.

“Ola bilsin ki, bu proses kiminsə xoşuna gəlmir və məsələ ilə bağlı ajiotaj yaratmağa çalışırlar, ancaq bu proses sakitcə, danışıqlar yolu ilə həyata keçirilir.  kimlərsə bizi, qayıtmaq istəmədiyimiz keçmişə qaytarmaq istəyir. Əminəm ki, bu proses hər iki ölkə üçün də məqbul nəticələrlə başa çatacaq” – dedi Salome Zurabişvili.

Məlumatı prezidentin mətbuat xidməti yayır.