Salome Zurabişvili sabah deputatlara illik hesabat təqdim edəcək
Salome Zurabişvili sabah deputatlara illik hesabat təqdim edəcək

Gürcüstan prezidenti Salome Zurabişviliyi sabah parlamentdə dinləyəcəklər.

Salome Zurabişvili illik fəaliyyətinin  hesabatını təqdim edəcək.

İclaslar həftəsi olmadığına görə, sabah növbədənkənar iclas keçiriləcək.

Reqlamentə əsasən, prezident illik hesabatını yaz sesiyasının plenar iclaslarının ilk günüdə təqdim etməlidir.

Salome Zurabişvilinin illik hesabatının dinlənməsi ilə bağlı prezident administrasiyası məlumat yayır.

Prezident illik hesabatını sabah saat 12:00-da təqdim edəcək.

Qeyd edək ki, Salome Zurabişvili illik hesabatı ilə parlament qarşısına üçüncü dəfə çıxır.