Salome Zurabişvili - Saakaşvilinin bəyanatları tarixi eybəcərləşdirir və bizim müttəfiq millət və liderlər üçün təhqiredicidir
Salome Zurabişvili - Saakaşvilinin bəyanatları tarixi eybəcərləşdirir və bizim müttəfiq millət və liderlər üçün təhqiredicidir

Gürcüstan prezidenti Salome Zurabişvili, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin avqust müharibəsi ilə bağlı müsahibəsində verdiyi bəyanatlara əks səda verir. Salome Zurabişvili “tvitter” sosial şəbəkəsində yazır ki,  Saakaşvilinin bəyanatları tarixi eybəcərləşdirir və bizim müttəfiq millət və liderlər üçün təhqiredicidir.

“Prezident olduqdan sonra qeyd etdim ki, Saakaşvilinin fikirləri barəsində heç bir zaman şərh etməyəcəkdim.

Lakin onun, 2008-ci il avqust müharibəsi zamanı qərblə əlaqələr barəsində son müsahibəsi, hər bir sərhədi keçdi və Gürcüstanın strateji maraqlarına ziyan gətirir.

Saakaşvilinin bəyanatları tarixi eybəcərləşdirir və bizim müttəfiq millət və liderlər üçün təhqiredicidir. Bu cür yalan və yanlış interpretasiya keçmiş prezidentdən məsuliyyətsiz və qəbuledilməzdir.

Gürcü xalqının adından, Avropa və Amerikalı müttəfiqlərinə 2008-ci ilə və ondan sonrakı dəstəyinə görə, minnətdarlığımı bildirirəm”, – Zurabişvili yazır.

Mixeil Saakaşvili müsahibəsində, 11 il bundan əvvəlki müharibəni dəyərləndirərkən, Fransanın o zamankı prezidentini, Nikol Sarkozini kəskin şəkildə tənqid etdi.