Salome Zurabişvili - Rusiya işğalçı və təcavüzkardır, bunu sonsuz olaraq təkrar edə bilərəm
Salome Zurabişvili - Rusiya işğalçı və təcavüzkardır, bunu sonsuz olaraq təkrar edə bilərəm

Mənim və mənim ailəmin inamı, məqsədi və arzusu Gürcüstanın azadlığı və müstəqilliyinin Rusiyadan müdafiəsidir, idi və gələcəkdə də olacaq, – bu barədə prezidentliyə müstəqil namizəd, Salome Zurabişvili öz seçki qərargahının açılışında bəyan etdi.

Onun dediyinə görə, Rusiyaya qarşı onun münasibəti 60 ildir dəyişməzdir.

“Rusiyaya qarşı mənim münasibətim 60 ildir dəyişməzdir. Mənim və mənim ailəmin inamı, məqsədi və arzusu Gürcüstanın azadlığı və müstəqilliyinin Rusiyadan müdafiəsidir, idi və gələcəkdə də olacaq. Gürcüstan artıq müstəqil olanda, mənim geri qayıtmağımın məqsədi müstəqilliyin gücləndirilməsi və Gürcüstanın Avropaya qaytarılması idi. Rusiya işğalçı və təcavüzkardır, bunu sonsuz olaraq təkrar edə bilərəm. Bunu mən anadan olandan deyirəm”, – Salome Zurabişvili bəyan etdi.