Salome Zurabişvili - Rusiya ilə texniki münasibətlər formatı nəticəsizdir
Salome Zurabişvili - Rusiya ilə texniki münasibətlər formatı nəticəsizdir

Vaja Qaprindaşvilinin hadisəsindən görürük ki, Rusiya ilə texniki format münasibətləri nəticəsizdir” – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Birinci Kanalın “Azad baxış” verlişində verdi.

Salome Zurabişvilinin dediyinə görə, Gürcüstan bu texniki formatda “ilişib qalıb” və dəyişən birşey yoxdur.

“Son hadisələrdən gördük ki, bürokratlar biz gözlədiyimiz qərarları vermirlər. Texniki formatda nəticəsiz danışıqlar aparmağa davam edirik, ancaq heçnə dəyişmir.  Cenevrə formatına daha çox siyasi miqyas verilməlidir. Həmçinin, beynəlxalq partnyorlarımızla işləməliyik ki, onlar bizim Rusiya ilə olan münaqişəmizi bütün mərhələlərdə qeyd etsinlər.

Mən Fransa prezidentinə də dedim ki, bizim işğal edilən ərazilərimiz haqqında Normandiya formatında keçirilən görüşdə danışsın” – dedi prezident.

Salome Zurabişvilinin dediyinə görə, dünyada hər şey dəyişə bilər, ancaq Gürcüstan Ukraynadan fərqli olaraq, əlində olan bütün resurslardan istifadə etmir.

“Öz diplomatik təcrübəmdən irəli gələrək, mən bu münaqişənin iki yolla həllini bilirəm – ya müharibə, ya da diplomatiya. Üçüncü bir çıxış yolunu hələ kimsə icad etməyib.  Biz də, məhz bu olmayan üçüncü yoldan istifadə edirik və dost ölkələrimizdən xahiş edirik ki, bizim problemimizin həlli üçün öz diplomatik imkanlarından istifadə etsinlər” – dedi Salome Zurabişvili.

Salome Zurabişvili qeyd etdi ki, Cenevrə formatı davam etməlidir, çünki bu gün Rusiya ilə dialoq üçün başqa bir format mövcud deyil.

Şərh yaz