Salome Zurabişvili - Rusiya Baltik ölkələrinin NATO-ya qəbul olunmasına da qarşı çıxırdı, lakin bu qərar hər halda qəbul olundu
Salome Zurabişvili - Rusiya Baltik ölkələrinin NATO-ya qəbul olunmasına da qarşı çıxırdı, lakin bu qərar hər halda qəbul olundu

NATO-ya daxil olma hansısa nişanların toplanılmasıdır, imtahan deyil ki, əgər lazım olan nişanları topladınsa, avtomatik olaraq qəbul edəcəklər, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili Gürcüstanın Birinci Kanalının jurnalistinin sualına cavab olaraq bəyan etdi.

Prezidentin dediyinə görə, bu məsələ üzrə avtomatiklik mövcud deyil və Gürcüstan bütün lazım olanları edir.

“Biz bilirik ki, nə lazımdırsa edirik. Bu etiraf olunubdur. Rusiya Baltik ölkələrinin NATO-ya qəbul olunmasına da qarşı çıxırdı, lakin bu qərar hər halda qəbul olundu”, – Salome Zurabişvili bəyan etdi.

Salome Zurabişvili medianın suallarına Almaniya prezidenti ilə birlikdə birgə bəyanatlar zamanı cavab verdi.