Salome Zurabişvili prezident seçkilərində müstəqil namizəd kimi iştirak edəcək
Salome Zurabişvili prezident seçkilərində müstəqil namizəd kimi iştirak edəcək

Salome Zurabişvili prezident seçkilərində müstəqil namizəd kimi iştirak edəcək. Bu barədə bəyanatı o, az öncə verdi.

“Mən prezidentliyə namizədliyimi irəli sürürəm. Bu mənim qərarımdır və bu haqqda çox düşündüm. Bu bir gündə baş verməyib. Bu böyük məsiluyyətdir”, – Zurabişvili bəyan etdi.

Salome Zurabivili 9-cu çağırış parlamentinin üzvüdür. Qanunvicilik orqanında Zurabişvili Mtasminda dairəsinin müstəqil majoritar deputatıdır. Hazrda o, Parlamentin diaspora və Qafqaz məsələləri üzrə komitənin sədrinin birinci müavinidir.

2004-2005-ci illərdə Salome Zurabişvili Gürcüstan Xarici İşlər naziri vəzifəsini tuturdu.