Salome Zurabişvili prezident maaşından imtina etdi və onu xüsusi fonda köçürəcək
Salome Zurabişvili prezident maaşından imtina etdi və onu xüsusi fonda köçürəcək

Salome Zurabişvili prezident maaşından imtina etdi və onu xüsusi fonda köçürəcək.

Bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili bugün keçirdiyi mətbuat konfransında verdi.

“Yeni şərtlərdə prezidentin rezerv fondu ləğv olundu. Xeyriyyə və novasiyalar üçün isə, əlverişli şərait yaratmaq vacibdir və prezident bunlara dəstək verməlidir. Ona görə də, müəyyən bir şəkildə, mənim egidamla və ictimai şəxslərin yardımı ilə, fond yaradılacaq, haraya ki, mən öz prezident maaşımı köçürəcəm. Ümid edirəm ki, fonda digər yardım edənlər də olacaq.

Mən yığılan pensiyamı Fransadan alıram, ona görə də prezident maaşımı xeyriyyə işlərinə xərcləyə bilərəm” – dedi Salome Zurabişvili.