Salome Zurabişvili - Prezident işğal xəttində yaşayan vətəndaşlarımıza qayğı göstərməlidir, ancaq başqaları tərəfindən yaradılan provokasiyalara reaksiya verməməlidir
Salome Zurabişvili - Prezident işğal xəttində yaşayan vətəndaşlarımıza qayğı göstərməlidir, ancaq başqaları tərəfindən yaradılan provokasiyalara reaksiya verməməlidir

Gürcüstan prezidenti Salome Zurabişvili bugün prezident sarayında Konstitusiya gününə həsr olunan tədbirdə nitqlə çıxış edərkən, konstitusiya tərəfindən ona verilən səlahiyyətləri və öhdəlikləri haqqında danışdı.

Salome Zurabişvili qeyd etdi ki, prezidentin səlahiyyətlərini çox vaxt yanlış anlayırlar və yaxud ictimaiyyəti qəsdlə səhvə salırlar.

Onun dediyinə görə, prezident sərhədi qoruya bilər, işğal həttinə gedib, vəziyyətlə yaxından tanış ola bilər, ancaq davamlı şəkildə qurulan provokasiyalara reaksiya verməməlidir və başqalarının planına uyğun şəkildə hərəkət etməməlidir.

“Sülh və demokratiya bizim əsas nailiyyətlərimizdən biridir və mənim borcum işğal edilmiş ərazilərimizin sülh yolu ilə qaytarlmasına yardım etməkdir. Xarici partnyorlarımızla bərabər, donmuş vəziyyətdən çıxmaq və qanunsuz borderizasiyayı dayandırmaq üçün əlimizdən gələni edirik” – dedi prezident.

Şərh yaz