Salome Zurabişvili - prezident ideaların generatoru olmalıdır və məndə bu cür idealar var
Salome Zurabişvili - prezident ideaların generatoru olmalıdır və məndə bu cür idealar var

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Ureki və Lançxutidən sonra seçicilərlə Çoxatauridə görüşdü. O, yerliləri seçki proqramı ilə  tanış etdi.

“Prezident ideaların generatoru olmalıdır və məndə bu cür idealar var.

Gürcüstanın bu qlabal dünyada yeri haradadır bilmirik, buna imkan yaradan mən olacam, çünki bayırda nə olduğunu yaxşı bilirəm. Bunun üçün sizin prezidentiniz olmalıyam”, – Salome Zurabişvili bəyan etdi.