Salome Zurabişvili Polşa prezidenti ilə danışıb
Salome Zurabişvili Polşa prezidenti ilə danışıb

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Polşa prezidenti Anjey Duda ilə danışıb.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı prezidentlər Gürcüstan-Polşa ikitərəfli münasibətləri, Gürcüstanın Avropaya inteqrasiya prosesi və Polşanın dəstəyi məsələlərini müzakirə ediblər.

“Gürcüstan Prezidenti Polşanın gələn il ATƏT-in fəaliyyətdə olan sədri olacağını nəzərə alaraq, Tbilisidə qadın liderlərin iştirakı ilə münaqişələrin həlli, sülh və təhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini nəzərdə tutan təşəbbüsünü Polşa prezidentinə təqdim edib. ”, – deyə məlumatda bildirilir.

Onların sözlərinə görə, Anjey Duda məsələ ilə maraqlanıb və bildirib ki, bu, Polşanın ATƏT çərçivəsində fəaliyyətinin prioritet istiqamətlərindən biridir.